-Keçәn dәfә qeyd etdiyim kimi,mom jean ilә boyfriend jean arasındakı fәrqdәn danışacağam🌸Nә yalan deyim,tәzәlikcә ayırd etmәyә başlamışam bu jean-lәri😹Fәrqlәrindәn danışarkәn aşağıdakıları xüsusәn qeyd etmek lazımdır:👇
1)Mom jean boyfriend jean-nın 'anası' sayılır.Mom jean 90-cı illәrdә,boyfriend jean isә 2014-cü ildә ortaya çıxmış modellәrdir.✅
2)Mom jean yüksәk bel,boyfriend isә alçaqbellidir✅
3)Mom jean bәdәnә tam yapışmasa da,bud hissәdә oturur,boyfriend isә daha bol,salaş görüntüyә sahibdir✅
4)Mom jean-lar,әsasәn,açıq rәngli olur,boyfriend-dә isә daha çox cırıq modellәr üstünlük tәşkil edir.
5)Mom jean-ların balaq hissәsi boyfriend-ә nisbәtәn daha dardır✅
6)Mom jean-lar bud hissәyә daha çox oturduğu üçün bütün bәdәn tiplәrinә uyğun olur.Boyfriend jean-lәr isә sadәcә incә ayaq,zәif uzun boylu xanımlara yaraşır✅
Son olaraq,mom jean boyfriend jean-e nisbәtәn daha çox istifadә olunur.Amma hәr zamankı kimi 'dәbdә olan' sizә yaraşandır unutmayın😊🌹
Hiç yorum yok:
Yorum Gönder