26 Kasım 2016 Cumartesi

Mom jean and Boyfriend jean

-Keçәn dәfә qeyd etdiyim kimi,mom jean ilә boyfriend jean arasındakı fәrqdәn danışacağam🌸Nә yalan deyim,tәzәlikcә ayırd etmәyә başlamışam bu jean-lәri😹Fәrqlәrindәn danışarkәn aşağıdakıları xüsusәn qeyd etmek lazımdır:👇
1)Mom jean boyfriend jean-nın 'anası' sayılır.Mom jean 90-cı illәrdә,boyfriend jean isә 2014-cü ildә ortaya çıxmış modellәrdir.✅
2)Mom jean yüksәk bel,boyfriend isә alçaqbellidir✅
3)Mom jean bәdәnә tam yapışmasa da,bud hissәdә oturur,boyfriend isә daha bol,salaş görüntüyә sahibdir✅
4)Mom jean-lar,әsasәn,açıq rәngli olur,boyfriend-dә isә daha çox cırıq modellәr üstünlük tәşkil edir.
5)Mom jean-ların balaq hissәsi boyfriend-ә nisbәtәn daha dardır✅
6)Mom jean-lar bud hissәyә daha çox oturduğu üçün bütün bәdәn tiplәrinә uyğun olur.Boyfriend jean-lәr isә sadәcә incә ayaq,zәif uzun boylu xanımlara yaraşır✅
Son olaraq,mom jean boyfriend jean-e nisbәtәn daha çox istifadә olunur.Amma hәr zamankı kimi 'dәbdә olan' sizә yaraşandır unutmayın😊🌹

9 Kasım 2016 Çarşamba

'Mom jean'

-Bu günki postda 'mom jean' haqqında yazmaq istәdim🎈90-larda dәbdә olan bu cins dövrümüzdә dә öz aktuallığını saxlayır😻2003-ci ildә Saturday Night Live feyk bir marka yaradırlar-Mom Jeans deyә,әlbәtdәki bu daha çox anaları cәlb edir.Çünki markanın devizi 'Ananıza analar günündә әtir almayın,ona 'mәn artıq bir qadın deyilәm,anayam!'dedirtәcәk bir hәdiyyә edin!'Nә qәdәr qәribә ifadә olsa da))Full House filminә baxsanız qırtlağa qәdәr çәkilәn cinslәri tez-tez müşahidә edәcәksiz😂İmdadımıza tez çatacaq mom jean!😻Bu şalvarları nә dәrәcә sevdiyimi bir bilsәz!Hәm rahat,hәm görüntüsü gözәl vә s.Bu cins ilә kәmәr taxsanız retro-vintage görüntü әldә etmiş olarsınız🌹Lakin armud bәdәnә formasına sahib olanlar kәmәr taxmasalar daha gözәl olar.Düşük bel cinslәrә isә anti-simpatyam var🙄Mom jeans-ı nude rәng topuqlu vә ya spor ayaqqabılar,t-shirt,retro köynek,şlyapa vә s. ilә gözoxşayıcı kombinlәr edә bilәrsiz.Mom jeanı bәzәn boyfriend cinslәri ilә sәhv salırlar.Onların fәrqi haqqında mәlumatı növbәti postlarda paylaşacam.Üzәrimdә gördüyünüz mom jean isә Mango-dandır.Buna bәnzәr Pull&Bearda da var.Lakin Pull Beardakı önü çox ağfasondu.Bu mәnim gözmә girdi deyә bilәrәm)Mangodan aldığım bu cins isә qeyd olunur ki,әl işidi vә paltaryuyanda yumaq mәslәhәtli deyil.