Vintage- bir moda terminidir. Keçmiş illərə aid tək və özəl parça yada kolleksiyonlara verilən addır. Məsələn: Christian Dior' un 40cı illərdəki New look'u YSL 'nin 80-ci illərdəki geyim üslubları kimi və.s..
Amma hər köhnə görünümlü parça vintage anlamına gəlmir. Ümumilikdə vintage və retro sözləri qarışdırılır. Retro sözünün mənasını belə verməkdə olar: köhnə görünümlü yada köhnəyə aid hər şey. Hər vintage geyim retrodur, ama hər retro geyim vintage mənasına gəlmir. Vintage üslubu 19 əsrdə başlamış və günümüzə qədə davam etməkdədir. Modacıların kolleksiyonlarına tez tez daxil etdikləri bu cür geyimlər diqqətləri üzərinə çəkməkdədir.1960-ları ifadə edən puantiyeli paltar və bluzlar,1970-lərə aid Ispanyol paça pantalonlar,1980-lərə aid vatqa və paetlər
günümüzdə də öz önəmliyini qoruyur.
Uzun illər məhşurluğunu itirməyən və itirməyəcək olan vintage tərzi fərqli bir stil seçimidir.
Qısacası bu üslub keçmiş dönəmlərə aid xüsusiyətləri, həyəcanları və fərqlilikləri indiki dövrümüzə daşımaq istəyənlərin seçimidir.
Bu tip üslubda saç səliqəli və müəyyən nizamda yığılmalı,keçmişin tərzin xatırladacaq aksesuarlardan istifadə edilməlidir😊
Hiç yorum yok:
Yorum Gönder